Tokayev də Türkmənistandadır

Tokayev də Türkmənistandadır

Hazırda oxunan: Tokayev də Türkmənistandadır

263392

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda sədərdədir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tokayevi hava limanında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov qarşılayıb.
 

Məlumata görə, Tokayev BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında iştirak edəcək.


Konfransda dənizə birbaşa çıxışı olmayan dövlətlər üçün regional əməkdaşlıq, davamlı inkişaf və nəqliyyat əlaqəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Tokayev Türkiyədə rəsmi səfərdə olub.
 

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfər edib.


Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarsalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO