İranda həbs edilən vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın diplomatik missiyalarına təqdim edilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
“Eyni zamanda, sorğu olunmasına baxmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir”, - XİN rəsmisi vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:52 / 04.08.2025
İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə
Hazırda oxunan: İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə
Hazırda oxunan: İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə
263361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.