Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Hazırda oxunan: Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

263347

Abşeron rayonunda taksidə dava düşüb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib.
 

Belə ki, metronun "20 Yanvar" stansiyasının qarşısından Qobu qəsəbəsinə getmək istəyən Qərib Axundov (soyad şərtidir) orada Cavidan adlı taksi sürücüsünə yaxınlaşaraq ünvanı deyib.


Taksi sürücüsü onu ünvana aparmağa söz verib və müştəri ilə taksi sürücüsü 2 manata razılaşıblar. Cavidan avtomobilə daha üç nəfər sərnişin götürərək Qobu qəsəbəsinə yollanıb.

Digər sərnişinlər düşdükdən sonra Cavidan Qəribdən hansı ünvanda düşəcəyini soruşub. O isə bildirib ki, ünvana çatmaq üçün daha bir neçə kilometr getməlidirlər. Cavidan həmin ərazidə yolun bərbad vəziyyətdə olduğunu bildirib və ondan dayandığı yerdə düşməsini istəyib.

Qərib isə onu ünvana aparmasını tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Qərib pulu vermədən avtomobildən düşüb.

Cavidan ondan pulu tələb etsə də, Qərib həmin pulla başqa taksi çağıracağını bildirib. Nəticədə Cavidan avtomobildən düşərək Qəribi yumruqla vurub. Bunu görən Qərib cibindəki bıçaqla Cavidanın çiyin və kürək hissəsinə iki zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Q.Axundov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO