Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Hazırda oxunan: Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

263331

Quba-Xınalıq yolunda minik avtomobilinin çaya aşması nəticəsində 3 nəfər 
xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə yolun Küsnətqazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhərində yaşayan Sərdar Mehrəli oğlu Abbasovun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil körpüdən keçərkən Qudyalçay çayına aşıb.
 

Hadisə nəticəsində sürücü, həmçinin avtomobildə olan sərnişinlər - Səbuhi Sərdar oğlu Abbasov və Vüsalə Elşad qızı Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda olan vətəndaşların köməyi ilə çaydan çıxarılıb.


Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO