Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto

Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto

Hazırda oxunan: Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto

263231

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb.
 

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.


Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.

Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib. 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO