Sərvər uzun müddət sonra üzə çıxdı - FOTO

Sərvər uzun müddət sonra üzə çıxdı - FOTO

Hazırda oxunan: Sərvər uzun müddət sonra üzə çıxdı - FOTO

263229

Türkiyədə baş verən zəlzələ vaxtı fədakarlığı ilə diqqət çəkən Sərvər Bəşirli uzun müddət sonra üzə çıxıb.

Bizim.Media xəbər verir ki, o dəniz kənarında piknik edərkən çəkilən şəklini paylaşıb. Arxa fonda ona hədiyyə edilən "Toyota Corolla" da olub.

Onun fotosu maraqla qarşılanıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ "əsrin fəlakəti" kimi qiymətləndirilir.
 

Səhər saatlarında baş verən 7.8 bal gücündə zəlzələ Kahramanmaraş vilayətində qeydə alınıb və geniş ərazidə dağıntılara səbəb olub. Zəlzələ yalnız Kahramanmaraşda deyil, eyni zamanda Hatay, Adıyaman, Gaziantep, Malatya, Şanlıurfa, Adana, Diyarbakır, Kilis və Osmaniye kimi bir çox vilayətdə də güclü şəkildə hiss olunub.

 
Eyni gün günorta saatlarında 7.6 bal gücündə ikinci böyük zəlzələ də baş verib. Fəlakət nəticəsində 50 mindən çox insan həyatını itirib, yüz minlərlə insan yaralanıb və milyonlarla vətəndaş evsiz qalıb.

On minlərlə bina tamamilə dağılıb və ya yaşanılmaz hala düşüb. Türkiyə hökuməti dərhal fövqəladə vəziyyət elan edib və beynəlxalq yardım çağırışı edib.

Onlarla ölkə Türkiyəyə axtarış-xilasetmə dəstələri, maddi yardım və tibbi ləvazimat göndərib. Zəlzələ bölgəsində yerli və beynəlxalq təşkilatlar tərəfindən axtarış-xilasetmə işləri günlərlə davam etdirilib.(milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO