“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək istəyir

263186

Rusiya millisinin və “Zenit”in futbolçusu Andrey Mostovoy karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” rus futbolçunun xidmətində maraqlıdır.
 

Hazırda tərəflər arasında danışıqlar gedir. “Qara qartallar” ən pis halda 27 yaşlı yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək istəyəcək.


Mostovoyun “Zenit”lə müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Dolqoprudnıy”, “Ximki”, “Soçi” klublarının formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO