“Sabah” qəzeti Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşünü işıqlandırdı - FOTO

“Sabah” qəzeti Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşünü işıqlandırdı - FOTO

Hazırda oxunan: “Sabah” qəzeti Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşünü işıqlandırdı - FOTO

263151

Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşü barədə çoxmilyonlu oxucu auditoriyasına məlumat verib.

Bizim.Media xəbər verir ki, məqalədə “Yaşat” Fondu tərəfindən dəvət olunmuş şəhid ailələri üzvlərinin Bakıya səfər etdiyi qeyd olunur. Müdafiə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.

Nəşrdə Zakir Həsənovun çıxışından sitatlar təqdim olunaraq, şəhid ailələrinə göstərilən daimi diqqətin əhəmiyyəti vurğulanıb.

“Görüş iştirakçıları Türkiyə və Azərbaycan arasında tarixi dostluq və qardaşlığın daha da möhkəmlənməsindən məmnunluqlarını ifadə ediblər”, – deyə məqalədə qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO