Hələb vilayətinin şimalında Suriya hökumətinin qoşunları ilə kürdlərin “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının bölmələri arasında silahlı toqquşma baş verib.
Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Açıqlamada bildirilir ki, ordu qüvvələri kürd birləşmələrinin Mənbic şəhəri yaxınlığındakı Əl-Qayariya bölgəsinə soxulmaq cəhdini dəf edib. QSD döyüşçüləri evlərdən birinə raket atıb, nəticədə 4 əsgər və 3 mülki şəxs yaralanıb: “Bölmələrimiz atəş ocaqlarına dəqiq zərbələr endirib, düşmənin hücumunda istifadə olunan reaktiv yaylım atəşi sistemini və artilleriya qurğularını sıradan çıxarıb”.
SDF komandanlığı isə "hökumət qoşunları sıralarında fəaliyyət göstərən nizam-intizamsız qruplar"ı onun mövqelərinə hücumda günahlandırıb. Kürd separatçıları iddia edirlər ki, Deyr Hafer bölgəsindəki təmas xəttində təxribatlara cavab olaraq hərbi əməliyyatları həyata keçirirlər. Hələbin şimalında tərəflər arasında atışma sonuncu dəfə iyulun 11-də qeydə alınıb. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:15 / 03.08.2025
Hələbdə kürdlər Suriya ordusuna hücum etdi
Hazırda oxunan: Hələbdə kürdlər Suriya ordusuna hücum etdi
Hazırda oxunan: Hələbdə kürdlər Suriya ordusuna hücum etdi
263119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.