İnformatika olimpiadasında TARİXİ NƏTİCƏ - Azərbaycan ilk dəfə 4 mükafatla döndü

İnformatika olimpiadasında TARİXİ NƏTİCƏ - Azərbaycan ilk dəfə 4 mükafatla döndü

Hazırda oxunan: İnformatika olimpiadasında TARİXİ NƏTİCƏ - Azərbaycan ilk dəfə 4 mükafatla döndü

263009

27 iyul - 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.
 

Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edir. 1994-1999-cu illərdə 2 medal, 2000-2009-cu illərdə 2 medal, 2010-2019-cu illərdə 1 medal, 2020-2025-ci illərdə 11 medal qazanıblar (//stats.ioinformatics.org/results/AZ).


Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar.

Həmçinin iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO