Bakı Ağır Cinayətlər Məhkəməsinin qalmaqallı hakimi VƏFAT EDİB

Bakı Ağır Cinayətlər Məhkəməsinin qalmaqallı hakimi VƏFAT EDİB

Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəməsinin qalmaqallı hakimi VƏFAT EDİB

263008

Bakı Ağır Cinayətlər Məhkəməsinin qalmaqallı və səs-küylü hakimlərindən biri olmuş Ənvər Seyidov dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, Ənvər Seyidov 76 yaşında müalicə aldığı xəstəxanalardan birində vəfat edib.
 

Ənvər Seyidov müxtəlif məhkəmələrdə çalışıb. Son olaraq 2011-2019-cu illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. O, bir çox qalmaqallı və səs-küylü məhkəmə proseslərinə sədrlik edib.


Mərhum Seyidov sabiq MTN rəhbəri Eldar Mahmudova yaxın münasibəti ilə də tanınıb.
 

O, daha çox MTN-in həbs etdiyi şəxslərin işinə sədrlik edirdi. Seyidovun həmçinin Eldar Mahmudova məktub yazaraq bir neçə MTN zabitinə yüksək rütbə verməsini xahiş etdiyi də məlumdur.


Onun təriflədiyi MTN zabitləri arasında Antiterror Mərkəzinin rəisi Elçin Quliyev (həbs edilib - red.) və onun müavini İlqar Əliyev (təcridxanada intihar edib - red.) də var idi.

Ənvər Seyidov yazdığı şeirlərlə də məşhurdur. Onun müəllifi olduğu bir çox şeir mətbuatda da dərc edilib.

Onun oğlu Fərrux Seyidov da hüquqşünasdır və məhkəmələrdən birində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO