Mikayıl Cabbarov: “Azərbaycan ixrac coğrafiyasını genişləndirir” - FOTO

Mikayıl Cabbarov: “Azərbaycan ixrac coğrafiyasını genişləndirir” - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov: “Azərbaycan ixrac coğrafiyasını genişləndirir” - FOTO

263001

Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı Azərbaycanın qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə töhfələr verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
 

"Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur. Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirdi.


Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığını ifadə edən bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə yeni töhfələr verəcək", - nazir qeyd edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO