Nanter prokurorluğu PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə qarşı ittiham irəli sürülməsini tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Buna səbəb futbolçuya qarşı 2023-cü ildə açılmış təcavüz işi ilə bağlı ittiham aktı olub. İstintaq hakimi yekun ittiham aktının şərtlərini ya təsdiqləməli, ya da rədd etməlidir. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Əşrəf Hakimi 2023-cü ilin dekabrında ilk dəfə olaraq onun barəsində şikayət edən qadınla istintaq otağında üzləşdirilib. PSJ-nin müdafiəçisi ittihamları rədd edir və özünü günahsız hesab edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:43 / 02.08.2025
Hakimi 15 ilədək HƏBS OLUNA bilər
Hazırda oxunan: Hakimi 15 ilədək HƏBS OLUNA bilər
Hazırda oxunan: Hakimi 15 ilədək HƏBS OLUNA bilər
262957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.