Ölkəmizi FIBA Avropa kubokunda təmsil edəcək “Abşeron Lions” ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, klub litvalı basketbolçu Gediminas Orelik heyətinə qatıb.
"Abşeron Lions" 35 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb. Orelik karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif vaxtlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb.
Gediminas son mövsümü Rumıniya təmsilçisi "Universitatya Kluj-Napoka" klubunun heyətində keçirib.
Qeyd edək ki, Abşeron təmsilçisi ilkin mərhələdə Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:13 / 01.08.2025
Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ
Hazırda oxunan: Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ
Hazırda oxunan: Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ
262936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.