Rusiya Ukraynaya 300-dən çox dron atıb: Dəhşətli hücumun NƏTİCƏLƏRİ – VİDEO

Rusiya Ukraynaya 300-dən çox dron atıb: Dəhşətli hücumun NƏTİCƏLƏRİ – VİDEO

Hazırda oxunan: Rusiya Ukraynaya 300-dən çox dron atıb: Dəhşətli hücumun NƏTİCƏLƏRİ – VİDEO

262613

Xəbər verdiyimiz kimi, Kiyev Rusiya ordusunun kütləvi hücumunun əsas hədəfi olub. Prezident Vladimir Zelenski bu barədə Telegram hesabında yazıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, gecə saatlarında Rusiya Ukraynaya 300-dən çox kamikadze dronu və 8 raket buraxıb.

Zelenski qeyd edib ki, Dnepr vilayəti, Poltava, Sumı, Nikolayev və Kiyev vilayətləri düşmən zərbələrindən zərər çəkib:

“Paytaxt bu kütləvi atəşin əsas hədəfi olub. Yaşayış infrastrukturuna ciddi ziyan dəyib.

Yataqxana tipli yaşayış məhəllələrinin birində bir giriş (blok) tamamilə dağılıb. Hazırda 6 nəfərin həlak olduğu məlumdur – onlardan biri 6 yaşlı oğlan uşağı və onun anasıdır... Ruslar 300-dən çox dron və 8 raket buraxıb. Biz insanlarımızın müdafiəsi üçün əldə olunmuş bütün razılaşmaların icrasına çalışırıq”, – deyə dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, bu hücum Ukraynanın ABŞ və Avropa ilə birlikdə sülhə can atmasına Rusiyanın verdiyi cavabdır:

“Yeni nümayişkaranə qətllər... Dünya bir daha gördü ki, güc olmadan sülh mümkün deyil. Lakin Moskvanı sülhə məcbur etmək, onları real danışıqlar masasına oturtmaq üçün tərəfdaşlarımızın əlində bütün alətlər var. ABŞ və Avropa tərəfindən elan edilən hər bir təşəbbüsün reallaşacağına ümid edirik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO