Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA verildi

Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA verildi

Hazırda oxunan: Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA verildi

262599

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Tahir Bahadurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2019-cu illərdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Tahir Bahadurov 2006 və 2008-ci il təvəllüdlü qızlarına qarşı köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO