Rusiyaya daha bir zərbə Moldovadan gəldi - Telekanalların yayımı...

Rusiyaya daha bir zərbə Moldovadan gəldi - Telekanalların yayımı...

Hazırda oxunan: Rusiyaya daha bir zərbə Moldovadan gəldi - Telekanalların yayımı...

262572

Moldovada Rusiya telekanallarının yayımı ilə məşğul olan “HaiTv” internet saytının fəaliyyəti bloklanıb.

Bizim.Media NewsMaker-ə istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin sözçüsü Daniel Vode bildirib. 

Onun sözlərinə görə, qərar Teleradio Şurası da daxil olmaqla, sorğular əsasında qəbul edilib:

“Milli maraqları qorumaq üçün sıx koordinasiya, vahid fəaliyyət və peşəkarlıq lazımdır. Konkret misal: “HaiTV” Moldovada bloklanıb”.

Daniel Vode qeyd edib ki, son günlər yüzlərlə ölkə sakini “Viber” vasitəsilə bu proqramı yükləmək və ya vebsayta daxil olmaq üçün dəvət alıb.

“Teleradio Şurası da daxil olmaqla, bildirişlərdən sonra səlahiyyətli orqanlar onun bloklanmasına dair rəsmi göstərişlər verdilər. Bu proqram Moldovada Rusiya və Belarusda qadağan edilmiş, artıq hərbi təbliğat və informasiya təhlükəsizliyinə təhdidlər üçün bloklanmış media məzmununu yayımlayır”, deyə Vode əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO