Bu gecə Kiyevdə dəhşət yaşandı: 6 ölü, 50-dən çox yaralı var – FOTO-VİDEO

Bu gecə Kiyevdə dəhşət yaşandı: 6 ölü, 50-dən çox yaralı var – FOTO-VİDEO

Hazırda oxunan: Bu gecə Kiyevdə dəhşət yaşandı: 6 ölü, 50-dən çox yaralı var – FOTO-VİDEO

262567

Rusiya iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, ilkin olaraq Kiyevə zərbə dronları ilə hücum edilib, Ukrayna paytaxtında partlayış səsləri eşidilib.

Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində bildirib ki, dron hücumları nəticəsində Solomenski, Şevçenko, Svyatoşin rayonları zərər görüb. Çoxmərtəbəli yaşayış binasında, təhsil müəssisəsində, müxtəlif ünvanlarda yanğın baş verib. Həmçinin onlarla avtomobil yanıb. Kütləvi dron hücumundan sonra Kiyevdə ikisi uşaq olmaqla 10-dan artıq mülki şəxs xəsarət alıb.

Ukrayna paytaxtına daha sonra ballistik raketlərlə hücum edilib. Timur Tkaçenkonun məlumatına görə, Şevçenko və Svyatoşin, Qoloseyev rayonlarında yaşayış binalarına ciddi ziyan dəyib.

Alınan son məlumata görə, Kiyevdə 6 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb. Bu barədə Timuр Tkaçenkо məlumat verib.

Onun sözlərinə görə, təxminən 30 nəfər xəstəxanalara yerləşdirilib. Yaralananlar arasında 9 uşaq da var.

Hazırda şəhərdə xilasetmə və tibbi yardım tədbirləri davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO