Dövlət təşkilatları 162 milyon manatlıq əsassız ödəniş edib - Maliyyə Nazirliyi

Dövlət təşkilatları 162 milyon manatlıq əsassız ödəniş edib - Maliyyə Nazirliyi

Hazırda oxunan: Dövlət təşkilatları 162 milyon manatlıq əsassız ödəniş edib - Maliyyə Nazirliyi

262507

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Nazirlikdən bildirilib.
 

Nəticədə, ümumilikdə 162,01 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyə nəzarəti çərçivəsində isə 10,22 milyon manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.


Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib.
 

Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85,24 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.


Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO