Türkiyədə bu gün Bakı ilə İrəvan arasındakı sülh prosesi MÜZAKİRƏ EDİLƏCƏK

Türkiyədə bu gün Bakı ilə İrəvan arasındakı sülh prosesi MÜZAKİRƏ EDİLƏCƏK

Hazırda oxunan: Türkiyədə bu gün Bakı ilə İrəvan arasındakı sülh prosesi MÜZAKİRƏ EDİLƏCƏK

262495

Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün keçiriləcək iclasın gündəliyinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsini də daxil edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” yazıb.
 

Mənbə qeyd edir ki, iclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək. Görüş zamanı Türkiyənin bir sıra mühüm təhlükəsizlik və xarici siyasət məsələləri müzakirə olunacaq.


Gündəlikdə aşağıdakı əsas məsələlər yer alır:

Cənubi Qafqazda vəziyyət və Bakı-İrəvan sülh prosesi, Yaxın Şərqdəki hadisələr fonunda Türkiyənin təhlükəsizliyinin gücləndirilməsi, Suriyadakı vəziyyət və Türkiyənin sərhəd təhlükəsizliyi, ölkədə baş verən meşə yanğınlarına qarşı mübarizə tədbirləri, "Terrorizmsiz Türkiyə" konsepsiyasının həyata keçirilməsi, PKK terror təşkilatının özünü buraxmasından sonra onun tərk-silah prosesi və digər məsələlər.

Qeyd edək ki, son dövrlərdə Türkiyə regionda sabitliyin və dayanıqlı sülhün təmin olunması üçün Azərbaycanla həmrəylik göstərərək Ermənistanla münasibətlərin normallaşması prosesini də yaxından izləyir və dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO