Müəllimlərin vakansiya seçimində YENİLİK EDİLƏCƏK

Müəllimlərin vakansiya seçimində YENİLİK EDİLƏCƏK

Hazırda oxunan: Müəllimlərin vakansiya seçimində YENİLİK EDİLƏCƏK

262480

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək:
 

"Namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.


Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir.

Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.

Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO