Həbsdə olan keşiş Qalstanyanın üç tərəfdarı TUTULDU

Həbsdə olan keşiş Qalstanyanın üç tərəfdarı TUTULDU

Hazırda oxunan: Həbsdə olan keşiş Qalstanyanın üç tərəfdarı TUTULDU

262460

Həbsdə olan tanınmış dini və siyasi fiqur, keşiş Srpazan Baqrat Qalstanyanın tərəfdarlarından üç nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın yerli media orqanları yazıb.
 

Mənbə qeyd edir ki, saxlanılan şəxslər (Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan) ölkədəki müxalif "Müqəddəs mübarizə" hərəkatının fəal üzvləridir.


Hadisə İrəvanda yerləşən körpülərdən birində baş verib. Belə ki, bu üç nəfər üzərində “Siyasi məhbuslara azadlıq!” yazılmış plakatı asmağa cəhd göstərərkən polis tərəfindən saxlanılıblar.
 

Qeyd edək ki, “Müqəddəs mübarizə” hərəkatı son aylarda Ermənistan hökumətinə qarşı kəskin etirazlar keçirir. Onlar hakimiyyəti dini və müxalif fiqurları susdurmaqda, konstitusion hüquqları pozmaqda ittiham edirlər.


Hazırda saxlanılan şəxslərin hüquqi vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Onların nə ilə ittiham olunduğu və hansı maddə ilə barələrində tədbir görüləcəyi barədə məlumat yaxın vaxtlarda veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO