Bu yaş aralığında olanlara alimlərdən XƏBƏRDARLIQ

Bu yaş aralığında olanlara alimlərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu yaş aralığında olanlara alimlərdən XƏBƏRDARLIQ

262418

Qocalmanın sürətləndiyi kritik yaş dövrü müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu, Çin Elmlər Akademiyasının alimlərinin apardığı tədqiqatlar nəticəsində mümkün olub.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Alimlərin fikrincə, təxminən 50 yaş dönüş nöqtəsidir - bundan sonra bədənin aşınması sürətlənir.
 

Onlar 14-68 yaş arası 76 nəfərin bədən sistemini təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatçılar 45-55 yaş arasında kəskin bioloji dəyişikliklər qeydə alıblar. Yaşlanma xüsusilə ürək-damar sistemində, əsasən də daxili orqanları qanla təmin edən bədənin əsas damarı olan aortada nəzərə çarpıb.


Alimlər nəticəyə gəliblər ki, qocalma tədricən baş vermir, sürətli dəyişikliklərin baş verdiyi dövrlər şəklində inkişaf edir.

Onlar, həmçinin qan damarlarının bütün bədəndə qocalmağa səbəb olan maddələrin paylanmasında əsas rol oynaya biləcəyinə inanırlar.

Tədqiqatçılar ümid edirlər ki, “bioloji dönüş nöqtələri”nin ətraflı araşdırılması orqanizmin yaşa bağlı aşınma mexanizmlərini daha yaxşı anlamağa və onu ləngitmək yollarını tapmağa kömək edəcək. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO