“ChatGPT” insan kimi özünü təqdim edərək verifikasiya sistemini ALDADA BİLİR

“ChatGPT” insan kimi özünü təqdim edərək verifikasiya sistemini ALDADA BİLİR

Hazırda oxunan: “ChatGPT” insan kimi özünü təqdim edərək verifikasiya sistemini ALDADA BİLİR

262329

“ChatGPT”, artıq insan olub-olmadığını yoxlayan verifikasiya sistemini (Cloudflare) aldatmağı bacarır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“ChatGPT”dən hüquqi məsləhət alanlar DİQQƏTLİ OLSUN – “Səhv məlumat versə…”


Bu, ChatGPT-yə şəxsi köməkçi funksiyalarının əlavə olunmasından sonra mümkün olub. Yeni imkanlar ona internetdə naviqasiya etmək və istifadəçi adından müxtəlif tapşırıqları yerinə yetirmək imkanı verir.

İstifadəçilər təsdiqləyirlər ki, ChatGPT necə davranmalı olduğunu bilir. Belə ki, “Cloudflare yoxlamasını başa çatdırmaq üçün “Mən insanam” bölməsini işarələyib.

Bu addım, bot olmadığını sübut etmək və əməliyyatı davam etdirmək üçün vacibdir.

Qeyd edək ki, “Cloudflare” saytların avtomatlaşdırılmış trafiki bloklamaq üçün istifadə etdiyi ən geniş yayılmış təhlükəsizlik vasitələrindən biridir. Verifikasiya üçün tez-tez sadəcə “Mən robot deyiləm” işarə qutusu istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO