Natiq Cəfərli ilə Əhəd Məmmədli canlı efirdə bir-birini söydü – Veriliş kəsildi - VİDEO

Natiq Cəfərli ilə Əhəd Məmmədli canlı efirdə bir-birini söydü – Veriliş kəsildi - VİDEO

Hazırda oxunan: Natiq Cəfərli ilə Əhəd Məmmədli canlı efirdə bir-birini söydü – Veriliş kəsildi - VİDEO

26229

Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bir-birini təhqir ediblər. 

Bizim.Media-nın məlumatına görə, Müsavat TV-nin canlı yayımında Ə.Məmmədli opponentini “qanmaz” adlandırıb. N.Cəfərli isə onu “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözləri ilə təhqir edib.

AĞ Partiyanın sədr müavini N. Cəfərlini satqınlıqda, qeyri-ciddilikdə ittiham edib: 

“Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. 2 üvzü tutuldu sonra dedilər ki, bir-birimizi sata bilərik.

N. Cəfərli isə  onu “debil” adlandırıb:

“Belə “Debil”lər gəlib Azərbaycan siyasətinə qoşulur”. 

Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər. Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə veriliş yarımçıq kəsilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO