Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin olundu - EKSKLÜZİV - FOTO

Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin olundu - EKSKLÜZİV - FOTO

Hazırda oxunan: Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin olundu - EKSKLÜZİV - FOTO

262225

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Xəqani Arif oğlu Abasova həvalə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Natiq Əliyev Şamaxı rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi – ÖZƏL


Xəqani Abasov 1974-cü ildə Şirvan şəhərində doğulub. 1992-1999-cu illərdə Azərbaycan Tibb universitetinin Müalicə-işi fakültəsində təhsil alıb. 2024-cü ilə kimi terapevt və hərbi həkim kimi fəaliyyət göstərib. Həmin ildən etibarən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis kimi çalışıb.

Qeyd edək ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini Natiq Tahir oğlu Əliyev icra edirdi.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO