Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun apellyasiya şikayəti üzrə keçirilən iclasda qərar verilib.
Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin şikayəti təmin olunmayıb.
Dövlət ittihamçısının protesti isə qismən qəbul edilib və Mehdi Kərimovun cəzası 6 ildən 8 ilə qaldırılıb.
Qeyd edək ki, onlar 2023-cü ildə Cəlilabad İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı zamanı saxlanılıblar.
Hər iki şəxs rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinmişdi.
Qeyd edək sabiq baş memar Sahil Qənbərli Şimali Kipr və Türkiyədə təhsil alıb.
Sabutay, Bizim.Media, Cənub bürosu