Bakıda çimərlikdə daha iki nəfər boğulub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.
İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb.
Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov səkkiz yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.
Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 29.07.2025
Bakıda çimərlikdə faciə: Səkkiz yaşlı uşağı xilas etmək istəyən kişi özü də boğuldu
Hazırda oxunan: Bakıda çimərlikdə faciə: Səkkiz yaşlı uşağı xilas etmək istəyən kişi özü də boğuldu
Hazırda oxunan: Bakıda çimərlikdə faciə: Səkkiz yaşlı uşağı xilas etmək istəyən kişi özü də boğuldu
262192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.