Dünya ulduzu Castin Timberleykin konsertinə görə Bakıya gələn türkiyəli məşhurlar arasında aktrisalar Ege Kökenli və Tuba Ünsal da yer alıb.
Bizim.Media xəbər verir ki, onlar Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə birgə konsertdə əyləniblər.
Nəsrinin anası Fəridə xanım da onlarla olub. Egenin həyat yoldaşı da onu Bakıda tək qoymayıb.
Qeyd edək ki, Ege 2022-ci ildə iş adamı Lior Ahituvla ailə qurub. Aktrisa bir müddət əvvəl 22-ci həftəsində qızını itirdiklərini bildirib. O, "Yasak elma", "Duy beni", "Güneşin kızları" kimi seriallarda rol alıb. Ege son olaraq "Güzel aşklar diyarı"nda çəkilib.
Tuba hazırda "Mehmed: Fetihler Sultanı" serialında çəkilir. Nəsrinin son layihəsi isə "Sandık kokusu" olub. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:39 / 29.07.2025
Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda görüntüləndilər - Fotolar
Hazırda oxunan: Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda görüntüləndilər - Fotolar
Hazırda oxunan: Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda görüntüləndilər - Fotolar
262168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.