Ötən il boşanıblar? - FOTO

Ötən il boşanıblar? - FOTO

Hazırda oxunan: Ötən il boşanıblar? - FOTO

262135

“Avroviziya“ təmsilçimiz Aysel Teymurzadə son günlər səhnəyə qayıtması ilə gündəmdədir.

Bizim.Media xəbər verir ki, həm də bir müddətdir boşanması barədə iddialarla dillərdən düşməyən müğənninin vikipediyasında ailə həyatı ilə bağlı bölmədəki dəyişiklik yayılan xəbərləri təsdiqləmiş olub.
 

Belə ki, “həyat yoldaşı” bölməsində Ayselin 2012-2024-cü illərdə Murad Adıgözəlzadə ilə ailəli olduğu qeyd edilib. Eyni dəyişiklik Xalq artistinin vikipediyasında da olunub.


Məlumat üçün bildirək ki, bir neçə gün öncə “DreamFest”də çıxış edən müğənni jurnalistlərə açıqlamasında ona ünvanlanan boşanma iddiaları ilə bağlı sualı cavablamaq istəməmişdi.

“Bu gün musiqi festivalıdır, istəyərdim bu haqda danışaq. Çox gözəl gündür. Bu haqda başqa vaxt danışarıq”, - deyə o bildirmişdi.
 

Xatırladaq ki, ötən il Aysel Teymurzadənin Azərbaycan Dövlət Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədən boşanması ilə bağlı iddialar yayılmışdı. Daha sonra sənətçi həyat yoldaşı ilə birlikdə görüntüləndiyi videonu paylaşaraq söz-söhbətə son qoymuşdu.


Bu xəbərlərin yaranmasına səbəb isə M.Adıgözəlzadənin işçisi olan xanımla səmimi münasibətinin olması, hətta Adıgözəlzadənin onunla evlənəcəyini bildirməsi iddiaları idi.

Filarmoniyanın direktoru bu haqda danışmasa da, məsələdə adı hallanan qadın iddiaları təkzib etmişdi.

Qeyd edək ki, A.Teymurzadə və M.Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurub. Onların 3 övladı var. (Qafqazinfo.az)


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO