Azərbaycan və Çex XİN başçıları arasında telefon danışığı OLDU

Azərbaycan və Çex XİN başçıları arasında telefon danışığı OLDU

Hazırda oxunan: Azərbaycan və Çex XİN başçıları arasında telefon danışığı OLDU

262107

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.

Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı, Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
 

Azərbaycan ilə Çexiya arasında mövcud siyasi dialoqun və məsləhətləşmə mexanizminin, eləcə də qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb.



Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Telefon danışığı zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO