Göyçayda AĞIR QƏZA – Yaralanan var – FOTO

Göyçayda AĞIR QƏZA – Yaralanan var – FOTO

Hazırda oxunan: Göyçayda AĞIR QƏZA – Yaralanan var – FOTO

262065

Göyçay rayonunda mikroavtobus ağaca çırpılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay-Bərquşad yolunun Şıxbəy kənd ərazisindən keçən hissəsində baş verib. 

Göyçay rayon sakini 1971 ci il təvəllüdlü Xaləddin Nəsrullayev “Ford Tranzit” markalı avtomobillə idarəetməni itirərək yolun əks istiqamətində olan ağaca çırpılıb.
 

Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub və avtomobil ərazidən götürülüb. Qəza zamanı xəsarət alan şəxs isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır. 








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO