Tramp 5 regionu Putinə təklif etdi – Maynl-Rayzinger

Tramp 5 regionu Putinə təklif etdi – Maynl-Rayzinger

Hazırda oxunan: Tramp 5 regionu Putinə təklif etdi – Maynl-Rayzinger

262016

“ABŞ Prezidenti Donald Tramp faktiki olaraq Rusiya prezidenti Vladimir Putinə Krım da daxil olmaqla beş Ukrayna vilayətini və Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsini təklif edib. Bu təklifin qarşılığında Tramp müharibənin dayandırılmasını istəyib. Lakin Rusiya lideri bu təklifi rədd edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger Almaniyanın “Welt” nəşrinə müsahibəsində məlumat verib.

“Krım və bir neçə şərq vilayət, həmçinin NATO-ya üzvlükdən imtina şərtləri təqdim edildi. Bəs Putin nə etdi? O, Ukraynanın məhvinə yönəlmiş müharibəni davam etdirir”, – deyə Maynl-Rayzinger bildirib.

Avstriya XİN rəhbəri Avropada tez-tez səsləndirilən “Rusiyanın cəbhədə təşəbbüsü ələ aldığı” fikrinə də skeptik yanaşıb: 

“Təşəbbüs? Mən əmin deyiləm. Rusiya çox böyük itkilər verir. Bir vaxt gələcək ki, Rusiyada tabutlar yığılmağa başlayacaq. Fəlakətli iqtisadi vəziyyət də əlavə olunur. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə daha da çətinləşir. Putin vaxtın əleyhinə işlədiyini bilir. Məhz buna görə o, müharibəni bu qədər amansızlıqla aparır”.
 

Maynl-Rayzingerin sözlərinə görə, Trampın Putinə yönəlik sərt ultimatumları sülh danışıqlarında heç bir irəliləyişə gətirib çıxarmayıb.


Qeyd edək ki, çərşənbə günü İstanbulda keçirilən Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu da nəticəsiz başa çatıb. Ukrayna tərəfinin nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun sözlərinə görə, atəşkəs və ya sülh razılaşması məsələsində heç bir irəliləyiş yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO