İmtahanda 697 bal yığan Əbülhəsən baxın kim imiş - FOTO

İmtahanda 697 bal yığan Əbülhəsən baxın kim imiş - FOTO

Hazırda oxunan: İmtahanda 697 bal yığan Əbülhəsən baxın kim imiş - FOTO

261962

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, “Zirə”nin U-17 komandasının üzvü Əbülhəsən Məmmədov da imtahanda yüksək nəticə göstərib.

Onun maksimum nəticəyə cəmi 3 balı çatmayıb. 697 bal toplayan Əbülhəsən Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.

Qeyd edək ki, Ə.Məmmədov Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Blok imtahanında isə 400 bal toplayıb.

Onu da əlavə edək ki, nəinki peşəkar futbolla, idmanın digər növləri ilə məşğul olan şəxslərin təhsilə zaman ayırmaları tez-tez rast gəlinən nümunə deyil.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO