Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu oldu

Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu oldu

Hazırda oxunan: Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu oldu

261955

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.

Bizim.Media xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.

İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub.

Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.
 

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.


Əlavə vaxtda da qalibi müəyyən edilməyib.

Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO