Çin səddini sökən ər-arvad həbs edildi

Çin səddini sökən ər-arvad həbs edildi

Hazırda oxunan: Çin səddini sökən ər-arvad həbs edildi

261946

Böyük Çin səddindən kərpic çıxarıb satan ər-arvad həbs edilib.

Bizim.Media xəbər verir ki, Çinin şimalında yerləşən Şansi əyalətində Böyük Çin səddinə ziyan vurmaqda və tarixi abidədən kərpic çıxarıb satmaqda ittiham olunan ər-arvad saxlanılıb.

Məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.
 

İlkin araşdırmalara əsasən cütlük UNESCO-nun dünya irsi siyahısında olan Böyük Çin səddinin az nəzarət olunan hissəsində qazıntı apararaq kərpicləri çıxarıb və onları satmağa çalışıb.


Qanunvericiliyə görə Çin səddindən fiziki materialların çıxarılması və onun strukturuna zərər verilməsi cinayət məsuliyyəti yaradır.

Faktla bağlı istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO