Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü - FOTO / VİDEO

Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü - FOTO / VİDEO

Hazırda oxunan: Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü - FOTO / VİDEO

261932

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısesin qızı Dilan Çıtak Bodrumda polis əməkdaşının "dayan" əmrinə tabe olmayaraq avtomobilini onun üzərinə sürüb.

Bizim.Media xəbər verir ki, hadisə iyulun 27-də Bodrumda qeydə alınıb.
 

Yerüstü patrul xidməti Dilan Çıtakın idarə etdiyi nəqliyyat vasitəsini sürət həddini aşdığı və yol hərəkəti qaydalarını pozduğu üçün saxlamaq istəyib.


Lakin sürücü polis əməkdaşının xəbərdarlığına məhəl qoymayaraq avtomobilini dayandırmayıb və onu birbaşa polis əməkdaşının üstünə sürüb.


Hadisə zamanı polis əməkdaşı xidməti silahından istifadə edərək havaya xəbərdarlıq atəşi açıb.

Dilan Çıtak hadisə yerindən uzaqlaşmağa çalışsa da, qısa müddət sonra polis tərəfindən saxlanılıb və ifadə vermək üçün bölməyə aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Milli.az)

 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO