İran parlamentində telefondan istifadə qadağan edildi

İran parlamentində telefondan istifadə qadağan edildi

Hazırda oxunan: İran parlamentində telefondan istifadə qadağan edildi

261896

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdə mobil telefonlardan istifadə ilə bağlı yeni qərarı açıqlayıb.

Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Onun sözlərinə görə, Rəyasət Heyətinin qərarına əsasən, millət vəkillərinin parlamentdə mobil telefondan istifadə etməsi qadağan olunub.

Qalibaf bildirib ki, bu addım əsasən təhlükəsizlik narahatlıqları ilə əlaqədardır:
 

"Nümayəndələr parlamentdə olduqları zaman mobil telefonla danışa bilməyəcəklər. Onlar yalnız təkliflər vermək və vəzifələrini yerinə yetirməklə məşğul olmalıdırlar".


Yeni qərar parlamentdə texnoloji vasitələrdən istifadəyə nəzarətin artırılması və informasiyaların sızmasının qarşısını almaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO