ŞOK: Türkiyədə meşə yanğınlarının 90 faizini insanlar törədir

ŞOK: Türkiyədə meşə yanğınlarının 90 faizini insanlar törədir

Hazırda oxunan: ŞOK: Türkiyədə meşə yanğınlarının 90 faizini insanlar törədir

261886

Türkiyədə İstanbul Meşə Region İdarəsinin müdiri Zafer Derince meşə yanğınlarının 90 faizinin insan fəaliyyəti nəticəsində baş verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
 

Onun sözlərinə görə, siqaret kötüyü, bağda qurumuş otları yandıraraq təmizləmək, biçin qalığının yandırılması və qaynaq aparatları ilə aparılan işlər meşə yanğınlarına səbəb olub. Bu mövzuda vətəndaşlara xəbərdarlıq edilib.


Derince meşə yanğınlarının böyük əksəriyyətinin insan amillərindən qaynaqlandığını vurğulayaraq deyib:

“Yanğınları söndürməklə öyünmək əvəzinə, bu il ölkəmizdə heç bir yanğın baş vermədi deməklə öyünməyi üstün tuturuq. Yanğınlarımızın 90 faizi insanlar törədib. Bunlar çox sadə səhvlərdir. Siqaret kötüyünün maşının pəncərəsindən atılması, bağ təmizliyinin yandırılaraq aparılması, biçin qalıqlarının yandırılması, qaynaq aparatları ilə aparılan işlər...”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO