Avropa İttifaqı Ukraynaya 1,7 milyard dollarlıq yardımı dayandırdı

Avropa İttifaqı Ukraynaya 1,7 milyard dollarlıq yardımı dayandırdı

Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya 1,7 milyard dollarlıq yardımı dayandırdı

261869

Avropa İttifaqı Ukraynaya nəzərdə tutulan 1,7 milyard dollarlıq növbəti maliyyə tranşını müvəqqəti dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yardımın saxlanmasının əsas səbəbi vəsaitlərin mənimsənilməsi riski ilə bağlıdır.

Bildirilir ki, Ukrayna hakimiyyəti Avropa Komissiyası ilə razılaşdırılmış bir sıra islahatları – o cümlədən Xüsusi Antikorrupsiya Məhkəməsinə kadr təyinatlarını vaxtında həyata keçirməyib.
 

Bu yardım paketi Avropa İttifaqının Ukraynaya dəstək üçün yaratdığı 50 milyard avroluq fondun tərkib hissəsidir. Mənbə qeyd edir ki, əgər Kiyev yaxın zamanda nəzərdə tutulan islahatları yerinə yetirsə, yardım yenidən bərpa oluna bilər.


Brüsselin bu qərarı Ukraynanın maliyyə sabitliyi üçün ciddi risk yaradıb və eyni zamanda, beynəlxalq donorların şübhələrini gücləndirib. Müşahidəçilər bu addımı Aİ-nin Ukraynaya münasibətdə sərt nəzarət mərhələsinə keçidi kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO