Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Hazırda oxunan: Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

261840

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Hesabata əsasən, ölkədə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır.

Bu regionda orta kredit faiz dərəcələri 19.80% təşkil edir.

İkinci sırada 19.73 faizlə Mil-Muğan iqtisadi rayonu yer alır.

Kredit faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ (19,58%) Lənkəran-Astara (19,49%) və Şirvan-Salyan (19,36%), Mərkəzi Aran (19.28) iqtisadi rayonlarıdır.

Ölkədə banklar ən aşağı faizlə Bakıda kredit verirlər. Paytaxtda bu göstərici 12%-dir.

Naxçıvan iqtisadi rayonunda isə 14.92 faiz təşkil edib.

Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO