"Dost ana-atadan üstündür"

"Dost ana-atadan üstündür"

Hazırda oxunan: "Dost ana-atadan üstündür"

261836

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas odur ki, dostluq etdiyi şəxsi qabaqda olsun".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Rəngarəng" verilişində deyib.

O, dostluq münasibətlərindən söhbət açıb: "İnsan yaşa dolduqca dostluğun dəyərini anlayır. Dost deyərdim ki, hamıdan - ana-atadan, bacı-qardaşdan üstündür.

Bu, dəqiqdir. Çünki ata dost olsa da yenə atadır, elə də ana, qardaş... Təbii ki, canları yanır.

Amma dostla hər məqamı bölüşürsən. Təbii ki, söhbət əsl dostlardan gedir". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO