Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi xəbərinə münasibət bildirib

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi xəbərinə münasibət bildirib

Hazırda oxunan: Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi xəbərinə münasibət bildirib

261759

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbərr verir ki, o, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.
 

"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk.


Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO