Zaqatalada transformator yandı, bir kənd işıqsız qaldı

Zaqatalada transformator yandı, bir kənd işıqsız qaldı

Hazırda oxunan: Zaqatalada transformator yandı, bir kənd işıqsız qaldı

261734

Zaqatalanın Aşağı Tala kənd bələdiyyəsinin həyətyanı sahəsində yerləşən ümumi gücü 400 kv/v olan transformatorda yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğının genişlənərək ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində transformatorun yağ çəni və 2 paqometr kabel yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Transformatorda baş verən yanğınla bağlı kəndin bir hissəsinə 2 saatdan çox elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO