"Atletiko"dan ayrılan Saul Niqesin yeni klubu rəsmiləşib.
Bizim.Media xəbər verir ki, İspaniya millisinin sabiq üzvü "Flamenqo"ya keçib.
Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Saul Niqes 17 il "Atletiko"da çıxış edib. O, bu klubda 427 oyuna çıxıb, 48 qol vurub, 26 qol ötürməsi edib. Futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da oynayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 26.07.2025
Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Hazırda oxunan: Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Hazırda oxunan: Saul Niqes yeni klubu ilə müqavilə bağladı
261707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.