Naxçıvanda tanınmış restoran BAĞLANDI - FOTO

Naxçıvanda tanınmış restoran BAĞLANDI - FOTO

Hazırda oxunan: Naxçıvanda tanınmış restoran BAĞLANDI - FOTO

261701

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 

Qeyd edilib ki, agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı, istehlak üçün yararsız qida məhsullarının satışının həyata keçirildiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tullantıların vaxtında kənarlaşdırılmadığı və havalandırma sisteminin mövcud olmadığı aşkarlanıb.


Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanan nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO