Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Slovakiya səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Slovakiya səfirini qəbul etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Slovakiya səfirini qəbul etdi - FOTO

261673

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Səfirə Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləri arasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri arasında aparılan fikir mübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.

İqtisadiyyat, ticarət, elm, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

M.Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO