Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb - FOTO

Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb - FOTO

Hazırda oxunan: Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb - FOTO

261663

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO