Xocəsən gölünün ətrafına tullantıların atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Xocəsən gölünün ətrafına tullantıların atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Xocəsən gölünün ətrafına tullantıların atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

261651

Binəqədi rayonu, Xocəsən gölünün ətrafına tullantıların atılması ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a idarənin rəisi Qafar Ağayev bildirib.
 

O, qeyd edib ki, araşdırma zamanı gölün ətrafına yük avtomobilləri tərəfindən tikinti-söküntü və məişət tullantılarının atıldığı və aidiyyəti qurum tərəfindən müvafiq tədbirlərin görülmədiyi müəyyən edilib.


Bununla bağlı Xocəsən bələdiyyəsinə ərazinin tullantılardan təmizlənməsi üçün "ekoloji tələb" verilib və artıq gölün ətrafının tullantılardan təmizlənməsi işlərinə başlanılıb.

"Eyni zamanda, ərazinin nəzarətdə saxlanılması və gələcəkdə belə hallara yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO