Naxçıvanda Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub - FOTO

Naxçıvanda Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub - FOTO

Hazırda oxunan: Naxçıvanda Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub - FOTO

261546

İyulun 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Naxçıvanın bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
 

Xüsusilə ticarət və investisiya qoyuluşu sahələrində böyük perspektivlərin olduğu bildirilib, türkiyəli iş adamlarının bu sahələrdə fəal işbirliyinin vacibliyi diqqətə çatdırılıb.


Söhbət zamanı digər istiqamətlərdə də perspektiv imkanlar müzakirə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO